Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 11-də paytaxtda bir sıra Tranformator Məntəqələrində (TM) təmir-təftiş və yenidənqurma işləri aparılacaq.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən İnşaatçılar prospekti, Fəridə Abbasova və Muxtar Maniyev küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Nərimanov RETSİ-nə daxil olan Ziya Bünyadov prospekti və Aşıq Molla Cümə küçəsinin bəzi ərazilərində saat 09:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq.
Qaradağ rayonu Lökbatan qəsəbəsində yeni transformatorun quraşdırılması ilə əlaqədar planlı fasilə saat 15:00-dan 16:00-dək 1-ci massiv 1 və 2-ci küçələrini də əhatə edəcək.
Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Digər xəbərlər
- Bakı və Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq 12 İyul 2026
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 12 May 2026
- KOBİA-nın Ağsuda təşkil etdiyi tədbirdə “Azərişıq” ASC-nin əməkdaşları iştirak edib 22 Yanvar 2026
- Mingəçevirin bu ərazilərində fasilə yaranacaq 05 Fevral 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 17 Mart 2026