Sentyabrın 23-də paytaxtın Yasamal və Qaradağ rayonlarında yerləşən bir sıra Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Süleyman Dadaşov və Zahid Xəlilov küçələri, Hüseyn Cavid prospekti, həmçinin Yeni Yasamal 2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Qaradağ RETSİ-nə daxil olan Lökbatan qəsəbəsi Cavanşir Qəhramanov, Nizami və Seymur Orucov küçələrinin bəzi ərazilərində saat 10:30-dan 11:30-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.
Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.
Digər xəbərlər
- "Azərişıq" ASC ilk dəfə “Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramını Qəbələdə təşkil edib 16 May 2026
- Yasamalın bu ərazilərində fasilə yaranacaq 03 Avqust 2026
- Astara və Qəbələnin bu ərazilərində fasilə yaranacaq 01 İyun 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 06 Yanvar 2026
- 11 illik etibarlı və keyfiyyətli xidmətin bəhrəsi – “Azərişıq” ASC Qarabağ və Şərqi Zəngəzurda elektrik şəbəkələrini yeniləyir 10 Fevral 2026