İyunun 12-də Yasamal və Nizami Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) ərazilərində Transformator Məntəqələrində (TM) təmir-təftiş işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Yasamalın Tağı Şahbazi, Azad Mirzəyev, Abdulla Şaiq, Nizami rayonunun Məmmədəli Şərifli və Şirin Mirzəyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmçinin 12 iyun tarixində Zirə ETSİ ərazisində TM-də görüləcək iməclik işləri ilə əlaqədar fasilə saat 09:00-dan 12:00-dək Qala qəsəbəsi yaxınlığında yerləşən Xaşaxuna bağları yaşayış massivinin bəzi yerlərini əhatə edəcək.
Lənkəran Elektrik Şəbəkəsinə (EŞ) daxil olan bir sıra kənd və qəsəbələrdə elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayandırılacaq. Bəzi 10 kV-luq hava xətlərində gedəcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Sütəmurdov, Velədi, Viyən kəndləri, Aşağı Nüvədi, Gərmətük qəsəbələri, saat 14:00-dan 16:30-dək şəhər ərazisində Şirəli Axundov, Cavanşir, Fikrət Məmmədov, Müzəffər Nəsirli küçələri, rayonun Səpinəkəran və Şürük kəndlərində məhdudiyyət tətbiq olunacaq.
İşlər yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.
Digər xəbərlər
- Müasir sayğacların tətbiqi elektrik enerjisi üzrə debitor borcların yığımında əhəmiyyətli rol oynayır 07 Aprel 2026
- Bakı və Salyanın bu ərazilərində fasilə yaranacaq 10 İyun 2026
- “Azərişıq” ASC cənub rayonlarında elektrik enerjisinin verilişini bərpa etmək üçün fasiləsiz işləyir 21 Yanvar 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 31 Yanvar 2026
- Ölkənin bu ərazilərində fasilə yaranacaq 07 İyul 2026