Avqustun 14-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisindəTransformator Məntəqəsində (TM) təmir işi aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Ələsgər Ələkbərov, Məmməd Rəhim, Landau, Qurban Xəlilov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Suraxanı RETSİ-nə daxil olan 35/6 kV-luq "BMTZ" yarımstansiyasında yenidənqurma işləri həyata keçiriləcək. Planlı fasilə saat 11:00-dan 14:00-dək Səttar Bəhlulzadə, İlqar Məmmədov, Bülbülə, Vüqar Bədəlov küçələrinin bəzi ərazilərini əhatə edəcək.
Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Digər xəbərlər
- Bu ərazilərdə təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 22 Sentyabr 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 10 İyul 2026
- “Azərişıq” ASC Ağcabədinin bir sıra kəndlərinin elektrik şəbəkəsini yeniləyir 11 Mart 2026
- “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” Ümumrespublika Yarışının regional turuna start verilib 08 Avqust 2026
- Bakı və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 11 İyun 2026