"Azərişıq" ASC-nin təşkilatçılığı ilə Qubada Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) üzrə "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışının regional turu keçirilib.
Quba Elektrik Şəbəkəsində (EŞ) təşkil olunan yarışın açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Seymur Mirzəyev çıxış edərək peşəkar kadrların hazırlığı, yeni nəsil energetiklərin formalaşdırılmasında belə yarışların keçirilməsinin əhəmiyyətini vurğulayıb, komandalara uğurlar arzulayıb.
Rəsmi hissədən sonra birinci mərhələyə start verilib. İntellektual yarışda Xaçmaz RETSİ üzrə 6 komanda - “Xaçmaz EŞ”, "Xudat ETSİ", “Şabran EŞ”, “Quba EŞ”, “Qusar EŞ” və “Siyəzən EŞ” nəzəri biliklərini sınayıblar. Onlar bu mərhələdə 20 açıq tipli sualı cavablandırmağa çalışıblar.
Yarışın ikinci mərhələsində energetiklər 3 tapşırıq üzrə peşə bacarıqlarını əyani şəkildə nümayiş etdiriblər.
Hər iki mərhələdə əldə edilən xalların nəticələrinə əsasən "Xaçmaz EŞ" regional turun qalibi olaraq Ümumrespublika Yarışının Hadrutda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, "Azərişıq" ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, yarışlar həyata keçirir. Səhmdar Cəmiyyətin əməkdaşlarının peşə bilik və bacarıqlarının artırılması, təhlükəsizlik qaydalarına əməl olunması və insan həyatının mühafizəsi məqsədilə belə tədbirlər gələcəkdə də davam etdiriləcək.
Digər xəbərlər
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 26 Fevral 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 13 May 2026
- Paytaxtın bir sıra ərazilərində enerjinin verilişində fasilə yaranacaq 01 İyul 2026
- Bu ərazilərdə təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 27 Avqust 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 18 Fevral 2026