İyulun 2-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Tağı Şahbazi, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmin tarixdə və saatlarda Nizami RETSİ ərazisində yerləşən TM-lərdə icra olunacaq təmir-təftiş işləri zamanı fasilə Nizami Abdullayev küçəsini əhatə edəcək.
Həmçinin 2 iyul tarixində Maştağa Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bəzi ərazilərdə 6 kV-luq 577 N-1 və N-2 hava xətlərində naqillər yenilənəcək, eləcə də təmir işləri icra olunacaq. Beləliklə, saat 09:00-dan 12:00-dək Albalılıq yaşayış massivi və Bilgəh qəsəbəsinin də bir hissəsi gərginliksiz qalacaq.
Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq..
Digər xəbərlər
- Yardımlının bu ərazilərində fasilə yaranacaq 01 Aprel 2026
- KOBİA-nın Ağsuda təşkil etdiyi tədbirdə “Azərişıq” ASC-nin əməkdaşları iştirak edib 22 Yanvar 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 12 Yanvar 2026
- İstehlak olunmuş elektrik enerjisinin dəyərinin vaxtında ödənilməsi nə üçün vacibdir 12 May 2026
- "Azərişıq” ASC və Dövlət Məşğulluq Agentliyinin birgə layihəsi çərçivəsində işsiz və işaxtaran şəxslər enerji sektorunda yeni iş imkanları əldə ediblər 08 İyul 2026