Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 28-də bəzi rayonlarda elektrik xətlərində və güc mərkəzlərində təmir, yenidənqurma, eləcə də xətlərə toxunan ağacların budanması işləri həyata keçiriləcək.
Yevlax Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində saat 09:00-dan 13:00-dək şəhərin Nizami prospekti, K. Nəsibov, İnşaatçılar, Dostluq, Qanboy Quliyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Mingəçevirin Nəriman Nərimanov, 20 Yanvar və Sahil küçələrinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək enerjinin verilişində fasilə yaranacaq.
Planlı fasilə Göyçay EŞ ərazisində saat 10:00-dan 14:00-dək Cəyirli, Çayarxı, Hacalıkənd, Kürdəmiş, Qarabaqqal kəndləri, şəhər ərazisində Məhəmməd Əmin Rəsulzadə, Nizami Gəncəvi, Bakı, Məhəmmədhüseyn Şəhriyar küçələrini əhatə edəcək.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Digər xəbərlər
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 05 Mart 2026
- Paytaxt və bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilə yaranacaq 03 Avqust 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 26 Fevral 2026
- Şimal-Qərb regionu üzrə bu ərazilərdə fasilə yaranacaq 13 Yanvar 2026
- Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə fasilə yaranacaq 11 Mart 2026