“Azərişıq” ASC ölkənin bütün regionlarında olduğu kimi Ağcabədinin də elektrik təsərrüfatını yenidən qurur. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən yenidənqurma işləri rayonun bir sıra kəndləri ilə yanaşı şəhər ərazisində də davam etdirilir.
Yeni Qaradolaq və Minəxorlu kəndlərində 0.4 və 10 kV-luq metal dayaqlar əkilib, açıq naqillər Özünüdaşıyan İzolyasiyalı Naqillərlə (ÖİN) əvəz olunub. Kəndlərdə ümumilikdə müxtəlif gücdə 13 yeni Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılıb. Həmçinin yaşayış evləri smart və SMS tipli sayğaclarla təchiz olunur.
Hindarx və Qaravəllidə də 0.4 və 10 kV-luq elektrik şəbəkəsi yenilənir. Hindarxda 5 KTM quraşdırılıb. Qaravəllidə isə köhnə TM əvəzinə 1000 kVA gücündə yeni güc mərkəzi yaradılıb.
Şəhər ərazisində 10 kV-luq “Şəhər-1”, “Çörək zavod” və “Qaz idarəsi” hava xətləri üzrə metal dayaqlar əkilir, izolyasiyalı naqillər çəkilir. Həmçinin sayğaclar həyətyanı ərazilərdən kənarlaşdırılaraq yenilənir.
"Azərişıq” ASC ölkənin bütün regionlarında, eləcə də Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma, əsaslı təmir-bərpa işlərini davam etdirir. Görülən işlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hesablanıb.
Digər xəbərlər
- Suraxanı rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 10 Aprel 2026
- Mingəçevirin bu ərazilərində fasilə yaranacaq 22 Aprel 2026
- Bakı və Salyanın bu ərazilərində fasilə yaranacaq 10 İyun 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 23 Aprel 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 Yanvar 2026