Ölkə ərazisində yağan aramsız qar cənub regionunda - Masallı, Cəlilabad, Lerik, Yardımlı və Lənkəranda elektrik enerjisinin verilişində məhdudiyyətlərin yaranmasına səbəb olub. Bəzi meşəlik dağ kəndlərində ağaclar qırılaraq xətlərin üzərinə aşıb, nəticədə qəzalar baş verib. Qar bağlayan bir çox yollarda nəqliyyatla hərəkət etmək, dağ kəndlərinə getmək demək olar ki, mümkünsüzdür. Üstəlik aşan ağacları kəsib götürmək də "Azərişıq” ASC əməkdaşlarına əlavə problem yaradır.
Şaxtalı, qarlı havada bütün çətinliklərə baxmayaraq “Azərişıq” ASC-nin əməkdaşları böyük fədakarlıqla qəzanı aradan qaldırmaq üçün bir neçə gündür fasiləsiz çalışır. Artıq əksər kəndlərdə enerjinin verilişi təmin olunub. Qısa zaman ərzində digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək.
Digər xəbərlər
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 13 Fevral 2026
- Xəzər rayonunun bu ərazisində fasilə yaranacaq 18 Fevral 2026
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 12 May 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 26 Yanvar 2026
- Suraxanı rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 10 Aprel 2026