İyulun 1-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Əsəd Əhmədov, Vasif Əliyev, Yeni Yasamal küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmin tarixdə Nizami RETSİ ərazisində yerləşən Komplekt Transformator Məntəqələrində (KTM) icra olunacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək Heydər Əliyev prospekti və Davud Aslan küçəsinin bəzi ərazilərini əhatə edəcək.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək.
Digər xəbərlər
- Bakı və Sumqayıtın bu ərazilərində fasilə yaranacaq 13 May 2026
- Bakı, Sumqayıt və Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq 08 İyul 2026
- “Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub 24 İyun 2026
- Bakı və Salyanın bu ərazilərində fasilə yaranacaq 10 İyun 2026
- Paytaxtın bu ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 09 Avqust 2026