Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 9-da Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək rayonun Abbas Mirzə Şərifzadə və İsmayıl Talıblı küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.


Nizami RETSİ-nin ərazisində həyata keçirilən təmir-təftiş işləri zamanı Keşlə qəsəbəsi Mətləb Ağayev və Mirzə Ələkbər Sabir küçələrinin bəzi əraziləri saat 10:00-dan 14:00-dək gərginliksiz qalacaq. 


Abşeron RETSİ-nə daxil olan Masazır qəsəbəsində isə saat 10:00-dan 16:00-dək Rafiq Dünyamalıyev küçəsinin 1-ci–7-ci döngələrində enerjinin verilişində fasilə olacaq.


Səbail RETSİ-nin ərazisində 400 kVA gücündə Komplekt Transformator Məntəqəsi (KTM) 630 kVA gücündə yeni KTM ilə əvəz olunacaq. Yenidənqurma işləri ilə əlaqədar planlı fasilə saat 10:00-dan 13:00-dək Badamdar qəsəbəsi 3-cü yaşayış massivini əhatə edəcək. 


Aparılan təmir-bərpa və yenidənqurma işləri yekunlaşdıqdan sonra yuxarıda qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.