Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 11-də Yasamalda Transformator Məntəqəsində, Abşeron rayonunda isə TM və elektrik yarımstansiyasında təmir işləri aparılacaq.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Həsən bəy Zərdabi, İsmayıl Talıblı, Ümid Əkbərov, Vasif Əliyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Abşeron RETSİ-nə daxil olan Aşağı Güzdək qəsəbəsi və Atyalı yaşayış massivinin bəzi ərazilərində saat 09:30-dan 17:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq. Həmçinin planlı fasilə saat 10:00-dan 17:00-dək Xırdalan şəhəri Həsən Əliyev və Masazır qəsəbəsi Rafiq Dünyamalıyev küçələri, eləcə də Ceyranbatan gölünün yuxarı ərazisini, Yeni Saray yolunun sol və sağ hissələrini əhatə edəcək.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Digər xəbərlər
- Lənkəranın bu ərazilərində fasilə yaranacaq 06 Mart 2026
- “Azərişıq” ASC Kəlbəcərin bir sıra ərazilərində yenidənqurma işləri həyata keçirir 14 Avqust 2026
- Biləsuvar və Cəlilabadın bir sıra ərazilərində fasilə yaranacaq 10 Mart 2026
- Paytaxtın bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 10 Avqust 2026
- Paytaxt və bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilə yaranacaq 03 Avqust 2026