Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 8-də bəzi rayonlarda bir sıra yarımstansiyalarda və hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.
Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 17:00-dək Aşağı Güzdək qəsəbəsi və Atyalı yaşayış massivi, saat 12:00-dan 14:00-dək Masazır qəsəbəsi Heydər Əliyev, Əliağa Vahid, Rafiq Dünyamalıyev, Akim Abbasov, Hacı Zeynalabidin Tağıyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Lənkəran Elektrik Şəbəkəsinə (EŞ) daxil olan Osaküçə, Sinovli və Tükəvilə kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 13:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.
Planlı fasilə saat 11:00-dan 14:00-dək Biləsuvar EŞ-nin ərazisində yerləşən Amankənd, Ovçupərə, Təzəkənd, Yuxarı Cürəli kəndlərini də əhatə edəcək.
Mingəçevir şəhərində saat 10:00-dan 14:00-dək Babək, Cəmil Əliyev və Naxçıvan küçələrinin bir sıra hissələrində enerjinin verilişində fasilə yaranacaq.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Digər xəbərlər
- Şimal-Qərb regionu üzrə bu ərazilərdə fasilə yaranacaq 13 Yanvar 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 23 Fevral 2026
- "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb 19 İyun 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 07 Fevral 2026
- 11 illik etibarlı və keyfiyyətli xidmətin bəhrəsi – “Azərişıq” ASC Qarabağ və Şərqi Zəngəzurda elektrik şəbəkələrini yeniləyir 10 Fevral 2026