“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində ISO beynəlxalq standartları üzrə sertifikatların təqdimatı mərasimi keçirilib. Tədbirdə Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Seymur Mirzəyev çıxış edərək “Azərişıq” ASC-də ISO beynəlxalq standartları üzrə keçirilən təlimlərdən bəhs edib. Bildirib ki, bu təlimlərin keçirilməsi Səhmdar Cəmiyyət tərəfindən vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması, müştəri məmnuniyyətinin təmin olunması, ətraf mühitin qorunmasında mühüm rol oynayır.
Qeyd edək ki, “General Consulting Co” Sertifikatlaşdırma Orqanı tərəfindən “Azərişıq” ASC-nin fəaliyyətinin ISO beynəlxalq standartlarının tələblərinə uyğunluğu təsdiqlənib. Təqdimat mərasimində Səhmdar Cəmiyyət ISO 9001:2015 – “Keyfiyyət İdarəetmə Sistemi”, ISO 14001:2015 – “Ətraf Mühitin İdarə Edilməsi Sistemi”, həmçinin “Müştəri Məmnuniyyəti və Şikayətlərin İdarə Edilməsi Sistemi” üzrə ISO 10002:2018 standartlarına uyğun müvafiq sertifikatlarla təltif olunub.
Digər xəbərlər
- Yasamal və Nizami rayonlarının bu ərazilərində fasilə yaranacaq 22 İyul 2026
- Bakı və Goranboyda bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 29 İyul 2026
- İstehlakçıya elektrik enerjisinin verilməsi hansı hallarda və kim tərəfindən dayandırıla bilər? 19 Fevral 2026
- Bakı və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 04 İyun 2026
- Şimal-Qərb regionu üzrə bu ərazilərdə fasilə yaranacaq 13 Yanvar 2026