İyulun 23-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Azərbaycan prospekti, Şıxəli Qurbanov, Zərgərpalan, Süleyman Rəhimov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmin tarixdə və saatlarda Nizami RETSİ-nə daxil olan TM-də görüləcək təmir-təftiş işləri zamanı planlı fasilə Cəmşid Naxçıvanski, Elşən Süleymanov və Məmmədəli Şərifli küçələrinin bəzi ərazilərini əhatə edəcək.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.
Digər xəbərlər
- Lənkəranın bu ərazilərində fasilə yaranacaq 06 Mart 2026
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq 21 İyul 2026
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 07 İyun 2026
- Yardımlının bu ərazilərində fasilə yaranacaq 01 Aprel 2026
- Nizami rayonunun bu ərazisində fasilə yaranacaq 28 İyun 2026