İyunun 8-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Parlament prospekti, Mikayıl Müşviq, Kazım Kazımzadə, İsmayıl bəy Qutqaşınlı küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmçinin Nizami RETSİ ərazisində yerləşən TM-də aparılacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək İlham Müzəffəroğlu, Əli Vəliyev küçələri, Qara Qarayev prospektinin bəzi hissələrini əhatə edəcək.
Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- “Azərişıq” ASC güclü küləyin yaratdığı fəsadları aradan qaldırmaq üçün fasiləsiz çalışır 27 Fevral 2026
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 18 Mart 2026
- Lənkəranın bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 05 May 2026
- “Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılmasını daim diqqət mərkəzində saxlayır 09 Yanvar 2026
- Cəlilabadın bu ərazilərində fasilə yaranacaq 03 İyun 2026