Fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti, onların elektrik şəbəkəsinə qoşulması, həmçinin elektrik enerjisindən istifadə qaydaları ilə bağlı məlumatlandırılması məqsədilə “Azərişıq” ASC regionlarda mütəmadi marrifləndirici tədbirlər, görüşlər təşkil edir. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən belə tədbirlərdən biri Şərurda baş tutub.
Şərur Elektrik Şəbəkəsinin (EŞ) inzibati binasında keçirilən görüşə 20-dək sahibkar və yerli sakin qatılıb. Tədbirdə “Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktoru İnam Yusifov, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev, Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Nərman Mahmudov iştirak edib.
Görüş zamanı fermer, sahibkar və vətəndaşlar Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma, əsaslı təmir işləri barədə məlumatlandırılıb. Bildirilib ki, ölkənin bütün regionlarında yeni güc mərkəzləri, müasir yarımstansiyalar tikilir. Ən müasir standartlara cavab verən transformator məntəqələri qurulur, yeni dayaqlar basdırılır, izolyasiyalı xətlər çəkilir.
Tədbir iştirakçıları ilə elektron xidmətlər barədə də maarifləndirici söhbət aparılıb. Onlara xidmət mərkəzlərində vətəndaşlara göstərilən xidmətlər haqqında informasiyalar çatdırılıb.
Tədbirdə yeni elektrik təchizatı şəbəkəsinə qoşulma prosesi, texniki şərtlərin verilməsi və ödəniş qaydaları izah edilib. Bununla yanaşı vətəndaşların daha çox müraciət etdikləri digər xidmətlər – abonentin balansındakı avadanlıqlara texniki xidmət göstərilməsi, çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyatı, sayğac zədələnməsi hallarında görüləcək tədbirlər, qeyri-əhali abonentlərinin ad dəyişikliyi prosedurları, smart kartın və qüsurlu ödənişlərin bərpası xidmətləri barədə ətraflı məlumatlar verilib.
Həmçinin həm ASAN Xidmət mərkəzlərində, həm də elektron platformalar üzərindən təqdim edilən bütün xidmətlər barədə geniş məlumat verilib. Vətəndaşların və sahibkarların müraciətlərinin daha asan və sürətli həlli üçün yaradılan imkanlar vurğulanıb. Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciətetmə imkanları ətraflı izah olunub. İştirakçıların müxtəlif məsələlərlə bağlı sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Azərişıq” ASC tərəfindən ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, sahibkar və yerli sakinlərlə görüşlər keçirilir, onların təklif və tövsiyələri dinlənilir. Görülən işlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.
Digər xəbərlər
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 31 Yanvar 2026
- Bu ərazilərdə təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 25 Avqust 2026
- Mingəçevirin bu ərazilərində fasilə yaranacaq 05 Fevral 2026
- "Azərişıq" ASC-nin “Gənc Energetiklər Akademiyası” maarifləndirmə proqramına Şuşa və Xankəndi məktəbliləri də qoşulub 03 İyun 2026
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərində fasilə yaranacaq 08 May 2026