Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 30-da aşağıda adı çəkilən ərazilərdə təmir-təftiş işləri aparılacaq.
Görüləcək işlərlə əlaqədar Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək İnşaatçılar və Nəriman Nərimanov prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.
Xətai rayonunda saat 09:00-dan saat 17:00-dək cari təmir işləri ilə bağlı Xocalı prospekti, Natiq Əliyev, Fəzail Bayramov, İzzət Orucova, Ayaz İsmayilov və Mehdi Mehdizadə küçələrinin elektrik enerjisi verilişində fasilə olacaq.
Goranboy Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 35/10 kV-luq "Goranboy" yarımstansiyasında əsaslı təmir işləri həyata keçiriləcək. Beləliklə, planlı fasilə saat 10:00-dan 15:00-dək rayonun Rəhimli, Şahməmmədli, Qarasüleymanlı, İrəvanlı, Boluslu, Məşədiqaralar, Eyvazallar kəndləri, Goran qəsəbəsi, şəhər ərazisinin və eləcə də 58-ci kvartalın bir hissəsini əhatə edəcək.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Yasamal və Zirənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 24 Sentyabr 2026
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 08 İyun 2026
- Paytaxtın bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 11 Avqust 2026
- “Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılmasını daim diqqət mərkəzində saxlayır 09 Yanvar 2026
- Bu ərazilərdə təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 25 Avqust 2026