Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 12-də paytaxtda bir sıra Tranformator Məntəqələrində (TM) təmir-təftiş işləri aparılacaq.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Mətbuat prospekti, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsində yerləşən "Üç tac" yaşayış kompleksinin, 2-ci Alatava yaşayış massivi və Uluxanlı küçəsinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Nərimanov RETSİ-nə daxil olan Müzəffər Nərimanov küçəsinin bəzi ərazilərində saat 09:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq.
Planlı fasilə Xəzər rayonunda saat 10:00-dan 14:00-dək Buzovna qəsəbəsi Albalılıq yaşayış massivi Abşeron küçəsini əhatə edəcək.
Sabunçu RETSİ ərazisində yerləşən Ramana qəsəbəsinin bir hissəsində saat 10:30-dan 13:30-dək məhdudiyyət olacaq.
Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Digər xəbərlər
- Bakıda bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 27 İyul 2026
- Biləsuvarın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 Mart 2026
- Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 12 Avqust 2026
- Abonentin borcun araşdırılması və borcun olmaması (və ya olması) barədə müraciət qaydaları 10 İyun 2026
- Nizami rayonunun bu ərazilərində fasilə yaranacaq 05 May 2026