Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 28-də aşağıda adı çəkilən ərazilərdə təmir-təftiş işləri aparılacaq.
Görüləcək işlərlə əlaqədar Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində 10:00-dan 13:00-dək Mətbuat prospekti və Ayna Sultanova küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Nərimanov rayonunda İzzəddin Həsənoğlu, Aşıq Molla Cümə və Təbriz küçələrində olan hündürmərtəbəli yaşayış binalarında saat 09:00-dan 13:00-dək mərhələli şəkildə elektrik enerjisinin verilişi dayandırılacaq.
Xətai rayonunda 10:00-dan 16:00-dək Məzahir Rüstəmov, Seyid Əzim Şirvani, Məhəmməd Hadi, Lütfüzadə, Qaçaq Nəbi və Sarayevo küçələrində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Yasamal və Nizami rayonlarının bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 01 İyul 2026
- Bakı və Cəlilabadın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 23 İyun 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 22 Yanvar 2026
- Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 28 Sentyabr 2026
- “Azərişıq” ASC Ağdərənin elektrik təsərrüfatını yenidən qurur 25 Avqust 2026