Mayın 6-da Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 35/10 kV-luq 213 saylı yarımstansiyadan çıxan və Komplekt Transformator Məntəqəsini (KTM 1078) qidalandıran 10 kV-luq hava xəttində cari təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Nizami rayonu Şərq küçəsində Azərsutikinti trestinin xəstəxanasının ətrafında yerləşən bəzi yaşayış ərazilərində elektrik enerjisinin verilişində mərhələli şəkildə məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Bakı və Sumqayıtın bu ərazilərində fasilə yaranacaq 21 İyun 2026
- YAP Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatında partiya üzvləri ilə görüş keçirilib. 25 İyun 2026
- Mingəçevirin bu ərazilərində fasilə yaranacaq 17 May 2026
- Biləsuvarın bu ərazilərində fasilə yaranacaq 01 May 2026
- Debitor borcların yığılması istiqamətində müasir texnologiyaların tətbiqi 05 May 2026