Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 10-da paytaxtda bir sıra Tranformator Məntəqələrində (TM) təmir-təftiş işləri aparılacaq.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Dadaş Bünyadzadə, Arif Mehdiyev, Mirmövsüm Nəvvab, Elşən Müslümov küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Nərimanov RETSİ-nə daxil olan Yusif Vəzir Çəmənzəminli və Faiq Yusifov küçələrinin bəzi ərazilərində saat 09:00-dan 12:00-dək enerjinin verilişində fasilə yaranacaq.
Qaradag RETSİ ərazisində 6/0.4 kV-luq KTM-də elektrik yükünün artması ilə əlaqədar elektrik xətti yenilənəcək. Planlı fasilə saat 13:00-dan 16:00-dək Lökbətan qəsəbəsi 1-ci massiv 1-ci və 2-ci küçələrini əhatə edəcək.
Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Digər xəbərlər
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 24 İyun 2026
- Müasir texnologiyaların tətbiqi elektrik enerjisi itkilərini azaltmağa kömək edir 06 Mart 2026
- Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 16 Avqust 2026
- “Azərişıq” ASC-nin nümayəndələri Naxçıvan şəhərində fermer və sahibkarlarla görüş keçirib 28 May 2026
- Suraxanı rayonuna daxil olan bu ərazidə fasilə yaranacaq 05 May 2026