
“ASAN xidmət” vasitəsi ilə elektrik şəbəkəsinə qoşulanların sayında sürətli artım olub
Aprel ayında sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün “Azərişıq” ASC-yə “ASAN xidmət” və “ASAN Kommunal” Mərkəzləri vasitəsi ilə rekot sayda müraciət daxil olub. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə, sahibkarların elektrik şəbəkəsinə qoşulması ilə bağlı müraciətlərinin sayı 4 dəfə artıb.Cari ilin aprel ayında 400-ə yaxın sahibkar elektrik şəbəkəsinə qoşulmaqla bağlı “Azərişıq” ASC-yə müraciət edib.
Müraciətlərin sayının sürətlə artması heç də səbəbsiz deyil. Bu ötən ilin aprel ayından bu günə 150 kilovata qədər sahibkarlıq obyektlərinin mövcud 0,4 kilovoltluq elektrik şəbəkəsinə qoşulması üçün texniki şərtlərin yalnız “ASAN Kommunal” və “ASAN xidmət” Mərkəzləri vasitəsi ilə verilməsinə dair Prezident Sərəncamı ilə bağlıdır. İşin operativ və səmərəli aparılması üçün “Azərişıq” ASC-nin strukturunda “Perspektiv İnkişaf və «ASAN Xidmət»lə iş idarəsi” yaradılıb. “Azərişıq” ASC-nin elektron xəritəsinin imkanlarından istifadə olunmaqla “ASAN xidmət” Mərkəzlərində əraziyə getmədən, dərhal yerindəcə məkanın coğrafi mövqelərinin müəyyən edilməsi, ölçülmələrin aparılması və iş planı layihələndirilərək sənədləşmənin aparılması təmin edilib. “Azərişıq» ASC-nin rəsmi saytında «Elektrik şəbəkəsinə necə qoşulaq» adlı xüsusi bölmə yaradılıb və texniki şərtlərin verilməsinin yenilənmiş qaydaları əks olunub. Əvvəllər elektrik şəbəkəsinə qoşulma ilə bağlı sahibkarların müraciəti paytaxtdakı “ASAN kommunal” Mərkəzlərində qəbul olunurdusa, ötən ilin sonundan etibarən ölkənin bütün regionlarında fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində sahibkarların müraciətləri qəbul edilir. Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması prosedurları 7-dən 3-ə salınmış, şəbəkəyə qoşulma müddəti isə 69 gündən 24 günə endirilib. Qeyd edək ki, həyata keçirilən bütün bu islahatlar, struktur dəyişikliklər, yeniliklər barədə KİV vasitəsilə ictimaiyyət məlumatlandırılıb. Mətbuat konfransları, brifinqlər təşkil olunub ki, bütün bunlar da öz bəhrəsini verib.
Digər xəbərlər
- “Azərişıq” ASC Qərb regionunda yenidənqurma işlərini davam etdirir. 24 İyun 2023
- “Azərişıq” ASC Laçında yenidənqurma işlərini davam etdirir. 13 Noyabr 2023
- “Azərişıq” ASC qeyri-əhali abonentləri arasında elektrik enerjisinin talanması hallarını aşkarlayıb. 29 Mart 2023
- “Azərişıq” ASC Yevlaxın 4 kəndində yenidənqurma işləri aparır. 18 İyul 2023
- “Azərişıq” ASC Xaçmazın daha yeddi kəndində yenidənqurma işlərini yekunlaşdırıb. 18 Sentyabr 2023