Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq “Azərişıq” ASC 2022-ci ildən etibarən regionlarda yeni layihəyə start verib. Bu il ərzində ümumilikdə müxtəlif regionları əhatə edən 100-dən çox kənd və yaşayış məntəqəsinin elektrik enerji şəbəkəsi tamamilə yenidən qurulacaq.
Layihə çərçivəsində Salyanın Babacanlı qəsəbəsi və Kür Qaraqaşlı kəndinin elektrik şəbəkəsi yenidən qurulub.
Bu kəndlərdə ötən əsrin 50-60 ci illərində qurulmuş enerji təsərrüfatı artıq yararsız vəziyyətdə idi.
Babacanlı qəsəbəsində ümumilikdə 10 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. 13 km-dan çox 10 kV-luq, 28 km-a yaxın 0,4 kV-luq elektrik xətti yenilənib.
1171 abonenti olan bu 2 yaşayış məntəqəsində elektrik sayğacları dəyişdirilib.
Babacanlı qəsəbəsi və Kür Qaraqaşlı kəndi ilə yanaşı, Salyanın Beşdəli, Cəngən, Xocalı və Qardaşbəyli kəndləri də bu layihədə yer alıb.
Xatırladaq ki, yeni layihə çərçivəsində digər regionlarda da işlər davam edir. Elektrik şəbəkəsi yenidən qurulan növbəti kəndlər haqqında da qarşıdakı günlərdə əlavə məlumatlar veriləcək.
Digər xəbərlər
- “Azərişıq” ASC cənub regionunda baş vermiş qəzaların aradan qaldırılması üçün fasiləsiz çalışır 20 Yanvar 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 22 Yanvar 2026
- Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə fasilə yaranacaq 03 Mart 2026
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərində fasilə yaranacaq 08 May 2026
- "Azərişıq" ASC-də sahibkarların elektrik təchizatı şəbəkəsinə qoşulmasının sadələşdirilməsinə dair maarifləndirmə işləri davam etdirilir 16 Fevral 2026