Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 12-də ölkənin bir sıra rayonlarında 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.



Ağdaş Elektrik Şəbəkəsi (EŞ) ərazisində saat 10:00-dan 13:00-dək şəhərin Cəfər Cabbarlı, Molla Pənah Vaqif, Su-18, Muxtar Əfəndizadə, İmadəddin Nəsimi küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq. Həmçinin 35/10 kV-luq "Pirəzə" yarımstansiyasında transformatorun yenisi ilə əvəz olunması ilə əlaqədar saat 10:00 dan 17:00 dək Ağzıbir, Xınaxlı, Kotavan, Qaraoğlan,  Pirəzə kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.



Göyçay EŞ-yə daxil olan şəhər ərazisində saat 10:00-dan 15:00-dək Məhəmməd Əmin Rəsulzadə, Məhəmmədhüseyn Şəhriyar və Nizami Gəncəvi küçələrinin bəzi yerlərində enerjinin verilişi dayandırılacaq.



Planlı fasilə saat 10:00-dan 14:00-dək Tərtərin Sarıcalı və Gülabadlı kəndlərini əhatə edəcək.



Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.