Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, həmçinin artan yük tələbatının qarşılanması məqsədilə avqustun 6-da paytaxtda bir neçə Transformator Məntəqəsində (TM), bəzi regionlarda isə 10 kV-luq hava xətlərində təmir işləri aparılacaq.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən 2-ci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Nərimanov rayonu Ziya Bünyadov prospekti və Şahmar Ələkbərov küçəsinin bəzi ərazilərində saat 09:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq.
Biləcəri ETSİ ərazisində Biləcəri qəsəbəsi Qabil Süleymanov və Natiq Həşimli küçələrində saat 10:00-dan 12:00-dək TM-də aparılacaq təmir və yenidənqurma işləri ilə əlaqədar enerjinin verilişi müvəqqəti dayandırılacaq.
35/6 kV-luq 91 saylı yarımstansiyada həyata keçiriləcək təmir və yenidənqurma işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək Binəqədi RETSİ-nə daxil olan Binəqədi - Novxanı yolu, "Dərhal MTK" və "Qarant MTK", Gülüstan yaşayış massivində məhdudiyyət tətbiq ediləcək.
Planlı fasilə saat 10:00-dan 14:00-dək Ağdaş Elektrik Şəbəkəsinə (EŞ) daxil olan Yuxarı Ləki, Güvəkənd, Əmirarx kəndlərini əhatə edəcək.
Ucar rayonunun Təzə Şilyan kəndində saat 10:00-dan 12:00-dək enerjinin verilişində fasilə yaranacaq.
Eyni zamanda Goranboy EŞ-nin xidməti ərazisində saat 13:00-dan 16:00-dək Boluslu, Məşədiqaralar, Eyvazlılar kəndlərində enerjinin verilişində fasilə yaranacaq.
Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Digər xəbərlər
- “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qəbələdə vətəndaşları qəbul edib 25 Fevral 2026
- Bir sıra rayonlarda təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 20 Sentyabr 2026
- İyulun 16-da paytaxt və Lənkəranın aşağıda adı çəkilən ərazilərində aparılacaq təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 15 İyul 2026
- “Azərişıq” ASC Lerikin ən ucqar dağ kəndlərində elektrik şəbəkəsini yeniləyir 08 İyun 2026
- Müasir texnologiyaların tətbiqi elektrik enerjisi itkilərini azaltmağa kömək edir 06 Mart 2026