Abonentlərin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün “Azərişıq” ASC ən ucqar rayonlarda, mürəkkəb relyefə malik dağ kəndlərində belə elektrik şəbəkəsini yenidən qurur. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən yenidənqurma işləri Lerikin bir sıra kəndlərini də əhatə edib.
Kəndləri elektrik enerjisi ilə qidalandıran 10 kV-luq hava xətlərindən 7-də əsaslı təmir və yenidənqurma işləri aparılır. Meşə zolaqlarında və mürəkkəb relyefi ilə seçilən digər ərazilərdə, eləcə də nəqliyyat vasitələrinin qalxa bilmədiyi yüksəkliklərdə yeni metal dayaqlar əkilir, elektrik xətləri təmir olunur. Zərurət yaranan hissələrdə köhnə naqillərin əvəzinə 10 kV-luq müasir Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN-3) çəkilir.
Həmçinin qarlı-şaxtalı havalarda ağac budaqlarının qırılaraq xətlərin üzərinə düşməsi və nəticədə qəza hallarının baş verməsinin qarşısını almaq üçün yaşıllıq zonalarında budanma işləri aparılır, meşə zolaqlarından keçən elektrik hava xətləri üçün dəhliz yaradılır.
Bəzi ərazilərdə dayaqlar dağlıq və dağətəyi hissələrdən çıxarılaraq yol kənarlarında əkilir və xətlər yeni dayaqlara köçürülür. Məqsəd elektrik itkisi və qəza riskini azaltmaq, qarlı, şaxtalı, küləkli havalarda baş verə biləcək nasazıqları qısa vaxtda aradan qaldırmaq, texnikanın, canlı qüvvənin operativ hərəkətini təmin etməkdir.
Görülən işlər nəticəsində Lerikin Züvüc, Zövnə və Lüləkəran kəndlərinin də elektrik şəbəkəsi yenilənib. Lüləkəran kəndində 0.4 və 10 kV-luq metal dayaqlar əkilib, 0.4 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqil (ÖİN) çəkilib. Həmçinin 10 kV-luq xətlərdə də təmir işləri aparılıb, kənddə yeni smart sayğaclar, 2 ədəd Transformator Məntəqəsi (TM) quraşdırılıb.
"Azərişıq” ASC Leriklə yanaşı ölkənin bütün regionlarında, eləcə də Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma, əsaslı təmir-bərpa işlərini davam etdirir. Görülən işlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması ilə yanaşı, həm də elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hesablanıb.
Digər xəbərlər
- Biləcəri ETSİ-nə daxil olan bu ərazilərində fasilə yaranacaq 08 May 2026
- Bakı və Cəlilabadın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 23 İyun 2026
- Bakı, Göyçay və Yevlaxın bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 06 Sentyabr 2026
- Ağıllı (smart) sayğacların tətbiqi elektrik enerjisi itkilərinin azaldılması istiqamətində mühüm addımlardan biridir 22 İyun 2026
- “AzərEnerji” və “Azərişıq” kollektivləri Ulu Öndərin məzarını ziyarət ediblər 10 May 2026