Paytaxtın Yasamal rayonunda elektrik enerjisinin verilişinin keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 15-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar Abbas Mirzə Şərifzadə, Akim Abbasov, Həsən bəy Zərdabi küçələrinin, eləcə də MİDA yaşayış kompleksinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Səbail RETSİ-nin xidməti ərazisinə daxil olan Şıxov ərazisinin bəzi hissələrində və Badamdar qəsəbəsinin III massivində saat 10:00-dan 12:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Aparılacaq təmir-təftiş işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək Nizami rayonunda Nizami Abdullayev və Qurban Sadiq küçələrinin bir hissəsində məhdudiyyət yaranacaq.
Həmçinin Xəzər rayonu Buzovna qəsəbəsində Məmməd Səid Ordubadi və Mirzəağa Əliyev küçələrində elektrik enerjisinin verilişində fasilə olacaq.
Aparılan yenidənqurma və təmir-bərpa işləri yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.
Digər xəbərlər
- “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” Ümumrespublika Yarışının Qarabağ regionu üzrə finalçısı müəyyənləşib 09 Sentyabr 2026
- Paytaxtın bir sıra ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 21 Sentyabr 2026
- Buzovnanın bu ərazilərində fasilə yaranacaq 26 Yanvar 2026
- Xəzər rayonunun bu ərazilərində fasilə yaranacaq 13 Fevral 2026
- “Azərişıq” ASC “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə nəticələrinə əsasən 3-cü dəfə ardıcıl olaraq birinci yerə layiq görülüb 23 Fevral 2026