İyulun 14-də Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 110/35/6 kV-luq “ETK-4” yarımstansiyasından çıxan 6 kV-luq "Masazır-1" və "Masazır-2" hava xətlərində yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 09:00-dan 12:00-dək Asəf Zeynallı küçəsi, DSK yolu və Baş Dövlət Yol Polisi İdarəsinin ətraf ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Eyni zamanda Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir-təftiş işləri aparılacaq. Bununla əlaqədar saat 09:00-dan 13:00-dək Həsən Əliyev 131 ünvanında yerləşən Telefon Rabitə Qovşağında fasilələrlə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmin tarixdə Yasamal RETSİ ərazisində TM-də həyata keçiriləcək təmir işləri ilə əlaqədar planlı fasilə saat 10:00-dan 13:00-dək Abdulla Qarayev, Nazim Hacıyev, Habil Əliyev, Murad Mirzəyev, Ümid Əkbərov küçələrinin bir hissəsini əhatə edəcək.
Həmçinin Nizami RETSİ-nə daxil olan bir neçə TM-də görüləcək təmir-təftiş işləri zamanı eyni saatlarda Keşlə qəsəbəsi Kamran Əfkari, Məşədi Hilal Kazımov, Rafiq Ağayev, Yarış, Kəndçi, Nizami Abdullayev küçələrinin bəzi əraziləri gərginliksiz qalacaq.
Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisindəki 35/6 kV-luq "Sarıqaya" yarımstansiyasından çıxan 6 kV-luq "Novxanı-1" hava xəttində təmir işləri icra olunacaq. Beləliklə, saat 10:00-dan 15:00-dək Novxanı qəsəbəsinin bəzi hissələrində enerjinin verilişində fasilə olacaq.
Təmir işləri yekunlaşdıqdan sonra yuxarıda qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.
Digər xəbərlər
- Lənkəranın bəzi yerlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 05 May 2026
- “Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir 19 Yanvar 2026
- Bakı və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 15 May 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 19 Fevral 2026
- "Azərişıq" ASC-də sahibkarların elektrik təchizatı şəbəkəsinə qoşulmasının sadələşdirilməsinə dair maarifləndirmə işləri davam etdirilir 16 Fevral 2026