Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 31 və sentabrın 1-də Yasamal rayonunda Transformator Məntəqəsində (TM) təmir işləri həyata keçiriləcək.
Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Ayna Sultanova, Xaqan Dadaşov, Mirzə Fətəli Axundzadə, Xıdır Mustafayev, Mirəli Seyidov, Mirzə Cabbar Məmmədzadə, Məhəmməd Naxçıvani, Nəriman Nərimanov, Vasif Əliyev, Zahid Xəlilov, Zaur Kərimov küçələri, İkinci Alatava yaşayış massivinin bir hissəsində, həmçinin Mətbuat prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Digər xəbərlər
- Bu ərazilərdə təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 22 Sentyabr 2026
- Biləsuvar, Lənkəran və Yardımlının bu ərazilərində fasilə yaranacaq 09 Aprel 2026
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 19 İyun 2026
- Sabunçu rayonunun bu ərazilərində fasilə yaranacaq 31 Mart 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 17 Mart 2026