"Azərişıq" ASC istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, Səhmdar Cəmiyyətin fəaliyyəti çərçivəsində qarşıya qoyulmuş bütün vəzifələrin icrası, vətəndaş məmnunluğunun daha da artırılması istiqamətində zəruri tədbirləri həyata keçirir. Eyni zamanda ölkəmizdə aparılan nəhəng quruculuq işləri ilə bağlı yeni yaradılan infrastrukturların elektrik enerjisi təlabatının qarşılanması üçün işlər davam etdirilir. Belə ki, "Azərişıq" ASC tərəfindən elektrik təchizatının etibarlılığının daha da artırılması, itkilərin azaldılması, yeni güc mənbələrinin yaradılması, elektrik verilişi xətlərinin yenilənməsi, rəqəmsal şəbəkələrin qurulması, ən son innovasiyaların və texnoloji yeniliklərin tətbiqi istiqamətində işlər görülür.
Həyata keçirilən bu tədbirlər, həmçinin, sahibkarların rahatlığına, onların operativ və şəffaf şəkildə elektrik təchizatı şəbəkəsinə qoşulmasına xidmət edir. Bu istiqamətdə Səhmdar Cəmiyyət tərəfindən həyata keçirilən mühüm tədbirlərdən biri də sahibkarlıq subyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması üzrə xidmətlərin elektron şəkildə həyata keçirilməsidir. Bu baxımdan müntəzəm olaraq qurumun rəsmi intenet səhifəsində və sosial şəbəkə hesablarında paylaşımlar edilir, sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsinin artırılması baxımından materiallar paylaşılır. Görülən tədbirlər məmur-vətəndaş təmasını azaltmaqla yanaşı şəbəkəyə qoşulma işlərini daha da sürətləndirir.
Xüsusilə qeyd edilməlidir ki, mütəmadi olaraq “Azərişıq” ASC tərəfindən respublikamızın müxtəlif regionlarında sahibkarlarla keçirilən görüşlərdə elektrik təchizatı şəbəkəsinə elektron şəkildə qoşulması mövzusunda maarifləndirmə işlərinə diqqət verilir.
Digər xəbərlər
- Nəsimi rayonunun bu ərazilərdə fasilə yaranacaq 24 Fevral 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 17 Fevral 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 07 Yanvar 2026
- “Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılması istiqamətində yenidənqurma işlərini davam etdirir 03 Fevral 2026
- “AzərEnerji” və “Azərişıq” kollektivləri Ulu Öndərin məzarını ziyarət ediblər 10 May 2026