Əhalinin məşğulluq imkanlarını genişləndirmək, işsiz və işaxtaran şəxslərin müasir əmək bazarının tələblərinə uyğun peşə bilik və bacarıqlarına yiyələnməsinə şərait yaratmaq və onların enerji sektorunda uzunmüddətli və dayanıqlı məşğulluğunu təmin etmək məqsədilə “Azərişıq” ASC və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi birgə məşğulluq layihəsi icra edir.
Birgə əməkdaşlıq çərçivəsində Dövlət Məşğulluq Agentliyində işsiz və ya işaxtaran şəxs kimi qeydiyyatda olan vətəndaşlar müsahibə və seçim mərhələsindən uğurla keçdikdən sonra “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində peşə hazırlığı üzrə xüsusi təlim proqramına cəlb olunurlar.
Təlim müddətində iştirakçılar nəzəri biliklərlə yanaşı, “Azərişıq” ASC-nin infrastruktur obyektlərində və xidmət sahələrində real məşğələlərə cəlb olunaraq paylayıcı elektrik şəbəkələrinin istismarı, qurğu və avadanlıqların iş prinsipləri, texniki təhlükəsiz qaydaları, elektrik enerjisinin uçotu, abonentlər iş və digər mövzularda praktiki vərdişlər də əldə edirlər.
Artıq layihə çərçivəsində təlimləri müvəffəqiyyətlə başa vurmuş bir qrup şəxs “Azərişıq” ASC-nin müvafiq struktur bölmələrində vakant vəzifələrə işə qəbul olunmuşlar.
Layihənin uğurlu nəticələri nəzərə alınaraq, gələcəkdə daha çox işsiz və işaxtaran şəxsin təlim proqramlarına cəlb edilməsi, müxtəlif peşə istiqamətləri üzrə yeni təlimlərin təşkili, eləcə də layihənin işğaldan azad olunmuş ərazilər də daxil olmaqla ölkənin müxtəlif regionlarını əhatə edəcək şəkildə mərhələli genişləndirilməsi diqqət mərkəzində saxlanılacaq.
Digər xəbərlər
- Yasamal, Nizami və Xəzər rayonlarının bu ərazilərində fasilə yaranacaq 09 İyun 2026
- Bakı və Cəlilabadın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 23 İyun 2026
- Mingəçevirin bu ərazilərində fasilə yaranacaq 22 Aprel 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 13 Yanvar 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 26 Fevral 2026