Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 20-21 may tarixlərində Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasından çıxan 10 kV-luq bir sıra hava xətlərində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq mayın 20-də saat 10:00-dan 13:00-dək Sütəmurdov, Velədi, saat 14:00-dan 16:00-dək Digah və Şiləvar kəndlərində, mayın 21-də saat 10:00-dan 13:00-dək 1-ci, 2-ci mikrorayonlar, Heydər Əliyev prospekti, Zərifə Əliyeva, Koroğlu, Səttərxan, Şirəli Axundov, Həzi Aslanov küçələri və Qala xiyabanı ərazisinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.