Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 2-də Yasamal və Qaradağ rayonlarında bir sıra Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Abbas Mirzə Şərifzadə, Ayna Sultanova, İsfəndiyar Zülalov, Mirəli Seyidov, Ümid Əkbərov küçələri və Mətbuat prospektinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Qaradağ RETSİ-nə daxil olan Buta qəsəbəsənin bəzi ərazilərində saat 10:00-dan 12:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.
Sumqayıt Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/10 kV-luq “Sumqayıt-2" yarımstansiyasından çıxan 14 və 16-cı şəhər fiderlərində təmir işləri həyata keçiriləcək. Beləliklə, 20 və 21-ci mikrorayonlar, Yaşıldərə yaşayış massivinin bir sıra yerlərində saat 09:00-dan 15:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.
Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Digər xəbərlər
- “Azərişıq” ASC cənub regionunda baş vermiş qəzaların aradan qaldırılması üçün fasiləsiz çalışır 20 Yanvar 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərdə fasilə yaranacaq 13 Mart 2026
- İstehlakçıya elektrik enerjisinin verilməsi hansı hallarda və kim tərəfindən dayandırıla bilər? 19 Fevral 2026
- “Azərişıq” ASC cənub rayonlarında elektrik enerjisinin verilişini bərpa etmək üçün fasiləsiz işləyir 21 Yanvar 2026
- “Azərişıq” ASC və “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin nümayəndələri arasında görüş keçirilib 08 May 2026