Xidmət keyfiyyətinin yüksəldilməsi, innovativ həllərin və texnoloji yeniliklərin tətbiqi istiqamətində Səhmdar Cəmiyyət tərəfindən mütəmadi tədbirlər həyata keçirilir. Belə ki, vətəndaş məmnunluğunun və informasiya əlçatanlığının artırılması məqsədilə, elektron xəritədən istifadə istehlakçıların enerji təchizatı şəbəkəsinə qoşulma prosedurunun asanlaşdırılması istiqamətində atılan mühüm addımdır.
“Azərişıq” ASC tərəfindən hazırlanıb tətbiq edilən elektron xəritə sisitemi kommunal xidmətlər sahəsinin perspektiv rəqəmsallaşdırması üçün böyük imkanlar yaradır. Belə ki, elektron xəritədən istifadə Səhmdar Cəmiyyətə obyektin hansı coğrafi koordinatda olduğunu müəyyən etmə və əraziyə getmədən rahat şəkildə infrastrukturu müşahidə etmək imkanı yaradır. Bu da, enerji təchizatı şəbəkəsinə qoşulmaq üçün layihələndirmə işlərinin icrasını sürətləndirir.
Həmçinin, istehlakçılara olduğu məkanı tərk etmədən enerji təchizatı şəbəkəsinə qoşulma üçün enerji alqı-satqı müqaviləsi və texniki şərtin verilməsi barədə müraciətlərini SİMA yeni nəsil rəqəmsal imza vasitəsilə təsdiqləmək imkanı yaradılmışdır.
Qeyd edək ki, tətbiq edilən rəqəmsal yeniliklər ilə abonentlər vaxt itkisinə yol vermədən bu xidmətlərdən yararlana bilərlər.
Digər xəbərlər
- Abşeronun bu ərazilərində fasilə olacaq 08 Yanvar 2026
- Nizami rayonunun bu ərazisində fasilə yaranacaq 28 İyun 2026
- Lənkəran və Lerikin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 30 Sentyabr 2026
- Cənub regionu üzrə bu ərazilərdə fasilə yaranacaq 20 May 2026
- Paytaxtın bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 11 Avqust 2026