Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 1-də Lənkəranda 35 kV-luq "Xanbulan", Lerikdə isə "Hamarat" hava xəttində təmir işləri aparılacaq.
Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində yerləşən Bürcəli, Xanbulan, Kərgəlan, Qurumba, Parakənd və Şağlaküçə kəndlərinin bir hissəsində saat 10:00-dan 11:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Lerik EŞ-yə daxil olan Bürsülüm, Conu, Çayrud, Rvarud, Siyov, Tikəband, Veri kəndlərinin bəzi ərazilərində saat 10:00-dan 12:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.
Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Digər xəbərlər
- “Azərişıq” ASC Bakı və ətraf ərazilərində yeni güc mərkəzləri yaradır 06 Avqust 2026
- Güclü qara baxmayaraq “Azərişıq” ASC Cəlilabadda elektrik enerjisinin bərpasını sürətlə davam etdirir 20 Yanvar 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 23 Aprel 2026
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 18 Mart 2026
- Ağıllı (smart) sayğacların tətbiqi elektrik enerjisi itkilərinin azaldılması istiqamətində mühüm addımlardan biridir 22 İyun 2026