Mayın 16-da Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Biləsuvar" yarımstansiyasından çıxan 10 kV-luq 6 və 11 saylı hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək şəhər ərazisində Mübariz İbrahimov, Səməd Vurğun, Mirzə Ələkbər Sabir, Azadlıq, Tofiq İsmayılov küçələri, eləcə də rayonun Bəydili, Aşağı Cürəli kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 21 May 2026
- “Azərişıq” ASC-nin nümayəndələri Xankəndində sahibkarlarla görüş keçirib 06 Fevral 2026
- Bakı və Salyanın bu ərazilərində fasilə yaranacaq 15 İyun 2026
- “Azərişıq” ASC güclü küləyin yaratdığı fəsadları aradan qaldırmaq üçün fasiləsiz çalışır 27 Fevral 2026
- “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” Ümumrespublika Yarışının regional turuna start verilib 08 Avqust 2026