Ölkə ərazisində davam edən güclü külək qərb regionunda, eləcə də Goranboyda bir sıra ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaradıb. Buna səbəb güclü küləyin təsiri ilə irigövdəli ağacların qırılaraq elektrik xətlərinin üzərinə aşması və nəticədə qəzaların yaranmasıdır. Küləyin şiddəti və üstəlik aşan ağacların ərazidən təmizlənməsi "Azərişıq” ASC əməkdaşlarına əlavə problem yaradır. Bütün çətinliklərə baxmayaraq “Azərişıq” ASC-nin əməkdaşları böyük fədakarlıqla qəzanı aradan qaldırmaq üçün fasiləsiz çalışır. Artıq bir çox yaşayış məntəqələrində enerjinin verilişi təmin olunub. Qısa zaman ərzində digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək.
Digər xəbərlər
- “SİMA” yeni nəsil rəqəmsal imzanın tətbiqi, istehlakçıların elektrik şəbəkəsinə qoşulma prosesinə təsiri 16 Mart 2026
- Bakı və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 11 İyun 2026
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 21 May 2026
- Müasir texnologiyaların tətbiqi elektrik enerjisi itkilərini azaltmağa kömək edir 06 Mart 2026
- “Azərişıq” ASC Şahdağ istiqamətində xətləri yeniləyir 17 Fevral 2026