Mayın 22-də Yasamal, Xəzər və Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) ərazilərində təmir və yenidənqurma işləri həyata keçiriləcək.
Yasamalda yerləşən Transformator Məntəqəsində (TM) aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək Hüseyn Cavid prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Xəzər rayonunda elektrik xətlərini əhatə edəcək yenidənqurma işlərinə əsasən fasilə saat 10:00-dan 16:00-dək Mərdəkan qəsəbəsi Mirzə Ələkbər Sabir, Məmməd Səid Ordubadi, Ramin Qasımov küçələrinin bəzi ərazilərinə tətbiq olunacaq.
Həmçinin Suraxanıda 110/35/10 kV-luq "Əhmədli" yarımstansiyasından qidalanan TM-də görüləcək iməclik işləri nəticəsində saat 10:00-dan 13:00-dək Yeni Günəşli qəsəbəsi D massivi Surxay Noçuyev küçəsinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.
Təmir işləri yekunlaşdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 31 May 2026
- "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Hacıqabul və Şirvandan olan vətəndaşları qəbul edib 19 Yanvar 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 09 Yanvar 2026
- “Azərişıq” ASC Şahdağ istiqamətində xətləri yeniləyir 17 Fevral 2026
- Suraxanı rayonuna daxil olan bu ərazidə fasilə yaranacaq 01 May 2026