Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bir sıra ərazilərdə 6 kV-luq hava xətlərində aparılan yenidənqurma və təmir işləri ilə əlaqədar dekabrın 23-də elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək Sulutəpə qəsəbəsində, saat 10:00-dan saat 15:00-dək Binəqədi kəndi və ətrafında yerləşən yeni yaşayış məhəllələrində, Mədən 1, 2, 3, 4 və Korpuslar adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Elektrik enerjisi istehlakı üzrə debitor borcların ödənişinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər “Azərişıq” ASC -nin əsas hədəflərindən biridir 21 Yanvar 2026
- Yasamal və Nizami rayonlarının bu ərazilərində fasilə yaranacaq 22 İyul 2026
- Abşeronun bu ərazilərində fasilə olacaq 26 Yanvar 2026
- Bakıda bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 27 İyul 2026
- 11 illik etibarlı və keyfiyyətli xidmətin bəhrəsi – “Azərişıq” ASC Qarabağ və Şərqi Zəngəzurda elektrik şəbəkələrini yeniləyir 10 Fevral 2026