Doğma yurda köç edən sakinlərin keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) Xocavəndin elektrik təsərrüfatını yeniləyir. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən yenidənqurma işləri çərçivəsində Zoğalbulaq qəsəbəsində və şəhər ərazisində 35/0.4 kV-luq yeni yarımstansiyalar tikilib.
Hadrut, Qırmızı Bazar qəsəbələri və Sos kəndinə köçürülən ailələr üçün 0.4 kV-luq elektrik şəbəkəsi yenilənib, eləcə də, 10 və 35 kV-luq hava xətlərində, mövcud transformator məntəqələrində təmir-bərpa işləri aparılıb, smart sayğaclar quraşdırılıb.
Hazırda şəhər ərazisi ilə yanaşı Çörəkli, Güneyxırman, Qarakənd, Quzeyxırman, Xanoba kəndlərində təmir-bərpa və yenidənqurma işləri davam etdirilir.
Qeyd edək ki, vətəndaşların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə “Azərişıq” ASC ölkənin bütün regionlarında mərhələli şəkildə elektrik şəbəkəsinin yenilənməsi işlərini davam etdirir.
Digər xəbərlər
- “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” Ümumrespublika Yarışının regional turuna start verilib 08 Avqust 2026
- Paytaxtın bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 11 Avqust 2026
- “Azərişıq” ASC-nin nümayəndələri Naxçıvanda fermer və sahibkarlarla görüşüb 21 May 2026
- “Azərişıq” ASC-nin nümayəndələri Naxçıvan şəhərində fermer və sahibkarlarla görüş keçirib 28 May 2026
- Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 23 Avqust 2026