“Azərişıq” ASC paytaxt və regionlarda yenidənqurma və əsaslı təmir işlərinin aparılmasına paralel olaraq maarifləndirici tədbirlər keçirir, bölgələrdə yerli sakinlərlə görüşlər təşkil edir. Cənab Prezident İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov aprelin 15-də Neftçala Elektrik Şəbəkəsinin inzibati binasında Neftçala və Salyan rayonlarından olan vətəndaşlarla görüşüb.
Qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib. Vətəndaşlarla görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Neftçala rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
Görüş zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib. Hər iki rayonunun sakinləri regionların elektrik şəbəkələrində həyata keçirilən yenidənqurma işlərinə, eləcə də vətəndaşlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
“Azərişıq” ASC abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə bütün regionlarda mütəmadi olaraq yenidənqurma və maarifləndirmə tədbirlərini davam etdirir.
Digər xəbərlər
- İyulun 14-də bu ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq 13 İyul 2026
- “Azərişıq” ASC-nin təşkilatçılığı ilə Şərurda fermer və sahibkarlarla görüş keçirilib 28 Sentyabr 2026
- Xırdalanın bu ərazilərində fasilə yaranacaq 18 Mart 2026
- "Azərişıq" ASC-nin əməkdaşları Türkiyədə keçirilən beynəlxalq Peşə Ustalığı Yarışında birinci yerə layiq görülüblər 13 Oktyabr 2026
- Təmir işləri ilə əlaqədar Yasamal və Xəzər rayonlarının bu ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq 15 Oktyabr 2026