“Azərişıq” ASC Cəlilabad rayonunun Şatırlı İnzibati Ərazi Nümadəliyinə daxil olan üç kənddə: Şatırlı, Buravar və Badamağacı kəndlərində əsaslı şəkildə yenidənqurma işləri aparır.
Cənub RETSİ-nin ərazisinə aid bu üç kənddə ümumilikdə 1500-dək sakin yaşayır. Yenidənqurma işləri kənddə bütün elektrik enerjisi sistemini əhatə edir. İran İslam Respublikası ilə sərhəddə yerləşən bu ucqar kəndlərə ilk dəfə 1962-ci ildə elektrik enerjisi verilb. Və ötən 58 ildə istismar müddətini başa vurmuş, köhnə şəbəkənin yenidən qurulması zərurəti yaranmışdır. Adı çəkilən kəndlərdə elektrik enerjisi təchizatının yenilənməsi məqsədi ilə dayaqlar, elektrik veriliş xətləri, sayğaclar yenilənir, komplekt transformator məntəqələri quraşdırlır.
İşlər başa çatdıqdan sonra istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunacaq və elektrik enerjisi itkilərinin qarşısı alınacaqdır.
Digər xəbərlər
- Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 11 Avqust 2026
- “Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub 24 İyun 2026
- “Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılması istiqamətində yenidənqurma işlərini davam etdirir 03 Fevral 2026
- İstehlakçıya elektrik enerjisinin verilməsi hansı hallarda və kim tərəfindən dayandırıla bilər? 19 Fevral 2026
- Bakı, Salyan və Masallının bu ərazilərində fasilə yaranacaq 18 İyun 2026