İyulun 10-da Zirə Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində yerləşən Transformator Məntəqəsində (TM) iməclik işləri həyata keçiriləcək. Bununla əlaqədar saat 09:00-dan 12:00-dək Zirə qəsəbəsi Seyid Əzim Şirvani, Ağamalıoğlu, Nadir Hüseynov küçələri, Yeni sahə yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmin tarixdə Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində TM-də aparılacaq təmir işləri ilə əlaqədar planlı fasilə saat 10:00-dan 13:00-dək Abdulla Şaiq, Əli bəy Hüseyzadə, Balababa Məcidov, Nabat Aşurbəyova, Mirzə Fətəli Axundzadə küçələrinin bəzi ərazilərini əhatə edəcək. Həmçinin Nizami RETSİ ərazisindəki TM-də görüləcək təmir-təftiş işləri zamanı eyni saatlarda Cəmşid Naxçivanski və Bəhruz Nuriyev küçələri gərginliksiz qalacaq. Suraxanı RETSİ-nə daxil olan Əmircan qəsəbəsində isə TM-də təmir işləri icra olunarkən Elxan Həsənov, Şəfəq ve Neftçi küçələrində enerjinin verilişində fasilə olacaq.
Paytaxtla yanaşı Abşeron rayon ərazisində də iyulun 10-da fasilələr yaranacaq. Abşeron RETSİ-nə daxil olan Masazır qəsəbəsində 35 kV-luq yeni elektrik şəbəkəsi qurulur. Yenidənqurma işləri aparılarkən 400 kVA gücündə Komplekt Transformator Məntəqəsini (KTM) qidalandıran elektrik xətti açılacağı üçün Rafiq Dünyamalıyev küçəsinin 1-7-ci döngələrində saat 10:00-dan 16:00-dək gərginlik olmayacaq.
İyulun 10-da Yardımlı Elektrik Şəbəkəsi (EŞ) ərazisində 35/10 kV-luq “Aruz” yarımstansiyasından çıxan 35 kV-luq “Yardımlı-3” hava xəttində təmir işləri həyata keçiriləcək. Beləliklə, saat 12:30-dan 14:30-dək kimi şəhər ərazisi, eləcə də Bozayran, Çayüzü, Köryədi, Kürəkçi, Ostayır, Peştəsər, Şəfəqli, Vəlixanlı, Vərgədüz kəndlərinin bir hissəsində enerjinin verilişində fasilə olacaq.
Aparılan təmir-bərpa və yenidənqurma işləri yekunlaşdıqdan sonra yuxarıda qeyd olunan ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.
Digər xəbərlər
- Bakı və Cəlilabadın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 23 İyun 2026
- Səbail rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 23 May 2026
- Yasamal və Suraxanının bəzi hissələrində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 13 Avqust 2026
- Bakıda bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 27 İyul 2026
- "Azərişıq” ASC və Dövlət Məşğulluq Agentliyinin birgə layihəsi çərçivəsində işsiz və işaxtaran şəxslər enerji sektorunda yeni iş imkanları əldə ediblər 08 İyul 2026