Erməni silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 300 dəfədən çox müxtəlif gərginlikli xətlər vurulub, həmçinin 250-dən çox transformator və 800-dək dayaq yararsız hala düşüb.
Yaşayış məntəqələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı “Azərişıq” ASC əməkdaşlarının fədakar əməyi sayəsində uğurla icra olunur. Təmas xəttinə yaxın yaşayış məntəqələrində 24 saat fasiləsiz xidmət göstərən “Azərişıq” ASC əməkdaşları qısa vaxtda bu qəzaları aradan qaldırıblar.
Cəbhə xəttində yerləşən rayonlara ehtiyat transformatorlar, naqillər, dayaqlar, ehtiyat hissələri və texnika göndərilib. Bütün cəbhə boyu rayonlarda xüsusi əhəmyətli binalar əlavə olaraq generatorlarla təmin edilib. Əlavə mal-materialla təminatda heç bir problem yaşanmır.
Onu da qeyd edək ki, cəbhə xəttində yaşanan hadisələrlə əlaqədar olaraq “Azərişıq” ASC-də ilk gündən etibarən Xüsusi Qərargah yaradılıb. Təmas xətti boyunca yerləşən yaşayış məntəqələrində “Azərişıq” ASC əməkdaşları 24 saat növbətçilik əsasında gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Sərhəd rayonlarına ezam olunan “Azərişıq” ASC-nin rəhbər heyəti vəziyyətə yerindəcə nəzarət edir və mütamadi olaraq əməkdaşları təlimatlandırır.
Youtube linki: https://bit.ly/3nnHVfc
Digər xəbərlər
- “Azərişıq” ASC Ağcabədinin bir sıra kəndlərinin elektrik şəbəkəsini yeniləyir 11 Mart 2026
- Nizami rayonunun bu ərazilərində fasilə yaranacaq 05 May 2026
- “Azərişıq” ASC istehlakçıların elektrik təchizatı şəbəkəsinə daha rahat qoşulması üçün 2026-cı ildə də sahibkarlarla maarifləndirici görüşlərini davam etdirəcək 10 Aprel 2026
- Suraxanı rayonunun bu ərazilərində fasilə yaranacaq 05 Mart 2026
- Xəzər rayonunun bu ərazisində fasilə yaranacaq 18 Fevral 2026