“Azərişıq” ASC–nin fəaliyyətinin əsas istiqamətlərindən biri də elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirməkdir. Enerji itkilərinin azaldılması, debitor borcların yığılması və enerji səmərəliliyinin artırılması Səhmdar Cəmiyyətin fəaliyyətində xüsusi əhəmiyyət kəsb edir.
Belə ki, bu istiqamətdə müasir texnologiyaların və innovativ metodların tətbiqi ilə Səhmdar Cəmiyyət tərəfindən müasir dövrün tələblərinə cavab verən “smart” tipli elektrik sayğaclarının quraşdırılması həyata keçirilir ki, bu isə öz növbəsində debitor borcların azaldılması istiqamətində əlverişli şəraiti formalaşdırır.
Bu tip sayğacların quraşdırılması işi Səhmdar Cəmiyyət tərəfindən ardıcıl aparılır və enerji itkilərinin azaldılmasında müsbət təsir göstərəcəkdir.
Digər xəbərlər
- Bakı, Sumqayıt və Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq 08 İyul 2026
- Paytaxtın bu ərazilərində fasilə yaranacaq 18 Mart 2026
- Bakı və Salyanın bu ərazilərində fasilə yaranacaq 15 İyun 2026
- Bakı və Astaranın bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq 20 İyul 2026
- Yasamal, Nizami və Sabunçu rayonlarının bəzi ərazilərində fasilə yaranacaq 06 İyul 2026