İyulun 7-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Hüseyn Cavid, Murtuza Muxtarov, İbrahim Əbilov, Cəfər Cabbarlı, Fuad İbrahimov, Sübhi Salayev, Cabbar Qaryağdıoğlu küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmin tarixdə və saatlarda Nizami RETSİ ərazisindəki Komplekt Transformator Məntəqələrində həyata keçiriləcək təmir-təftiş işləri ilə əlaqədar planlı fasilə Keşlə qəsəbəsi Nizami Abdullayev və K. Əfkarlı küçələrinin bəzi yerlərini əhatə edəcək.
Sabunçu RETSİ-nə daxil olan bir sıra ərazilərdə elektrik şəbəkəsində təmir işləri icra olunacaq. Beləliklə, saat 10:30-dan 16:00-dək Bakıxanov qəsəbəsi Hüseyn Cavid, İvan Krılov, Bakıxanov, Yaqub Əliyev, Axundzadə küçələrinin bir hissəsi gərginliksiz qalacaq.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
#Azərişıq
Digər xəbərlər
- Paytaxtın bir sıra ərazilərində enerjinin verilişində fasilə yaranacaq 01 İyul 2026
- “Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılmasını daim diqqət mərkəzində saxlayır 09 Yanvar 2026
- Buzovnanın bu ərazilərində fasilə yaranacaq 03 Fevral 2026
- Bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 13 Yanvar 2026
- Nizami rayonunun bu ərazilərində fasilə yaranacaq 20 May 2026