Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyun 10-da Yasamal, Nizami və Xəzər rayonlarında elektrik şəbəkəsində yenidənqurma və təmir işləri həyata keçiriləcək.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) aparılacaq təmir işi ilə əlaqədar saat 10:00-dan 13:00-dək Zahid Xəlilov, Əbdürrəhim bəy Haqverdiyev küçələri, Mətbuat prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmçinin Nizami RETSİ ərazisində yerləşən TM-də aparılacaq təmir-təftiş işləri zamanı fasilə saat 10:00-dan 13:00-dək Kamil Balakişiyev, Əlif Hacıyev, Azər Manafov küçələri, Qara Qarayev prospektinin bəzi yerlərini əhatə edəcək.
Xəzər RETSİ-nə daxil olan Binə qəsəbəsində 6 kV-luq hava xətti üzrə elektrik naqilləri yenilənəcək. Yenidənqurma işləri ilə əlaqədar saat 10:00-dan saat 13:00-dək Binə Atçılıq yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq.
Yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Xəzər rayonunun bu ərazisində fasilə yaranacaq 18 Fevral 2026
- Suraxanı rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 10 Aprel 2026
- Abonentin borcun araşdırılması və borcun olmaması (və ya olması) barədə müraciət qaydaları 10 İyun 2026
- Debitor borcların yığılması istiqamətində müasir texnologiyaların tətbiqi 05 May 2026
- Elektron xəritədən istifadə istehlakçıların enerji təchizatı şəbəkəsinə qoşulma prosesini asanlaşdırır 02 Mart 2026