Martın 18-də Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/6 kV-luq “Şəhər” yarımstansiyasından çıxan 6 kV-luq 15 saylı “Bağlar” hava xəttində təmir və yenidənqurma işləri aparılacaq. Həmçinin köhnə dayaqlar yeni metal dayaqlarla əvəz olunacaq, sözügedən xətdən qidalanan Transformator Məntəqələri (TM) və Komplekt Transformator Məntəqələrində (KTM) təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Mingəçevir şəhəri Günəşli bağ massivində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Paytaxtın bu ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 09 Avqust 2026
- Paytaxtın bu ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 21 May 2026
- Bakı və Lənkəranın bu ərazilərində fasilə yaranacaq 15 May 2026
- “Azərişıq” ASC-nin nümayəndələri Xankəndində sahibkarlarla görüş keçirib 06 Fevral 2026
- "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb 19 İyun 2026