Fevralın 2-də Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində bir sıra 6 kV-luq hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 11:30-dan 14:00-dək Xocəsən qəsəbəsi və Motodrom yaşayış massivi, saat 11:30-dan 15:00-dək Binəqədi kəndi, Bakıxanov, Gülməmməd Ramazanov küçələri, eləcə də bu ünvanlara yaxın ərazidə yerləşən yeni yaşayış sahəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Digər xəbərlər
- Suraxanı rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq 10 Aprel 2026
- “Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir 26 İyun 2026
- Ölkənin bu ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq 16 Avqust 2026
- Maştağa ETSİ-nə daxil olan bu ərazilərində fasilə yaranacaq 16 Aprel 2026
- Bakıda bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq 27 İyul 2026